• $
  • €
  • ₽
  • ₺
  • £

""Brexit"in MDB ölkələrinə təsiri məhdud olacaq"

""Brexit"in MDB ölkələrinə təsiri məhdud olacaq"
08.07.2016 14:25
"Brexit”in MDB ölkələrinin Böyük Britaniya (UK) ilə ticarət və investisiya əlaqələrinə birbaşa təsiri məhdud olacaq.
 
Bu barədə "Report”a "Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.

Məlumata görə, 2000-2014-cü illərdə region ölkələrinin UK-yə ixracının ümumi məbləği region ÜDM-nin 1%-nə bərabər olub. Həmçinin, 2014-cü ildə regiona yatırılan birbaşa xarici investisiyaların (FDİ) 4,1%-i UK-dən icra edilib ki, Azərbaycan üzrə bu FDİ 17%-ə bərabər olub: "Bu göstərici Qırğızıstanda 11%, Gürcüstanda 10%, Ukraynada isə 6% təşkil edib".

Agentlik hesab edir ki, "Brexit”in MDB iqtisadiyyatına təsiri məhdud olsa da, bu, Avropa İttifaqının (Aİ) zəifləməsi nəticəsində MDB ölkələrinin iqtisadiyyatı üçün imkanlar yaranması ehtimalından daha üstündür.

"MDB ölkələri "Brexit”lə əlaqədar Aİ-nin böyüməsinin zəifləməsi səbəbindən böyük risklə üzləşə bilər. Çox güman ki, bu, MDB ölkələrində neft qiymətləri və neftə olan tələbatın azalması ilə nəticələnəcək. Bu, həmçinin regional neft ixracatçılarının kreditləşməsinə də mənfi təsir göstərə bilər. Qazaxıstan, Azərbaycan və Rusiya kimi ölkələrin iqtisadiyyatı büdcə maliyyələşməsindən asılıdır”.

"Moody’s” hesab edir ki, "Brexit” region ölkələrindən yalnız Ermənistanın bank sektorunu risk altına ala bilər: "Rusiyaya təsir minimal olacaq, çünki artıq rəsmi Moskva Aİ-nin sanksiyalarından sonra məhdud xarici maliyyələşməyə adaptasiya olunub”.

"Avroda davam edən əhəmiyyətli dəyərsizləşmə MDB ölkələrinin suveren fondlarının avroda ifadə olunan aktivləri üçün böyük risklər yaradır”, - deyə agentliyin açıqlamasında qeyd edilir.

Ötən il Azərbaycanda ÜDM-in 0,2%-i həcmində UK-yə, 19,8%-i həcmində isə Aİ-yə ixrac həyata keçirilib. Həmçinin, əsas dövlət borcları ÜDM-in 29,6%-ni, inflyasiya isə 17,4%-ə yüksəlib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol