• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Qazaxıstan arasında yeni neft kəməri çəkiləcək

Azərbaycanla Qazaxıstan arasında yeni neft kəməri çəkiləcək
28.05.2020 22:46
Azərbaycan və Qazaxıstan arasında uzunluğu 739 km olan neft kəmərinin inşası planlaşdırılır.

ANN.Az "Respublika” qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid sektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları isə 6-9 milyard barel həcmində qiymətləndirilən "Tengiz” yatağının işlənməsi üzrə operator - Amerikanın "Chevron Texaco” şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olunub.

"Beləliklə, BTC həm "Kaşaqan”, həm də "Tengiz” yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaqdır. Hər iki yatağın ehtiyatlarını əlavə etsək, Qazaxıstanın sübut olunmuş neft ehtiyatları təxminən 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kubmetr həcmində qiymətləndirilir. İldə təxminən 33,6 milyard kubmetr qaz, 80 milyon ton neft istehsal edən və bu qədər karbohidrogen ehtiyatlarına malik Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmilli marşrut qarantiyası yoxdur.

Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəməri və Xəzər Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyildir. Bu marşrutların buraxıcılıq qabiliyyətini və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləşmişdir.

Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması "Tengiz” yatağında qabaqcıl neft vuran stansiyanın, Tengiz-Opornıy-Uzel-Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur”.

N.Əliyev vurğulayıb ki, bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər: "Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 milyon ton, gələcəkdə isə 56 milyon tona çatdırılması nəzərdə tutulub”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol