• $
  • €
  • ₽
  • ₺
  • £

"TANAP Cənub Qaz dəhlizinin onurğasını təşkil edir” - Binəli Yıldırım

"TANAP Cənub Qaz dəhlizinin onurğasını təşkil edir” - Binəli Yıldırım
28.05.2020 19:06
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti Cənub Qərb dəhlizinin iki uğurlu elementidir.
 
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışında bildirib.
 
Baş nazir qeyd edib ki, hazırda TANAP layihəsi uğurla həyata keçirilir: "Azərbaycanla birlikdə gerçəkləşdirəcəyimiz TANAP layihəsi Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizi layihəsinin vacib hissəsini təşkil edir. Türkiyə bu baxımdan çox əlverişli coğrafi mövqedə yerləşir. 
 
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında enerjiyə ən çox ehtiyac hiss edən ölkənin Türkiyə olduğuna diqqət cəlb edən baş nazir Yıldırım Çindən sonra dünyada ən çox enerji idxal edən ölkənin də Türkiyə olduğunu bildirib.
 
2023-cü ildə Türkiyənin enerjiyə ehtiyacının bugünkündən 2 dəfə artıq olacağını deyən Binali Yıldırım regional layihələrin həyata keçirilməsində Türkiyənin öz üzərinə düşən vəzifələri  yerinə yetirəcəyini vurğulayıb. O, Avropanın  təbii qazla fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsində  Xəzər dənizi hövzəsinin təbii ehtiyatlarının  önəminə istinad edərək "Cənub Qaz dəhlizi layihəsinin onurğasını TANAP layihəsi təşkil etməkdədir”, - deyib.
 
B. Yıldırım enerji səbətinə nüvə enerjisini mənbələrini də əlavə etdiklərini deyib: "Ümumi enerji istehsalının 10 faizi nüvə stansiyaları hesabına başa gələcək. İki nüvə layihəmiz var. Yeni nüvə stansiyası gündəmdədir. Enerji olmadan inkişafdan, təhsildən sohbət gedə bilməz".  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol