• $
  • €
  • ₽
  • ₺
  • £

"SOCAR-Polymer" layihəsinə xərclənən vəsait AÇIQLANDI

"SOCAR-Polymer" layihəsinə xərclənən vəsait AÇIQLANDI
28.05.2020 23:20
Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən, ümumi investisiya dəyəri 750 mln.dollar olan "SOCAR Polymer” layihəsinə bugünə qədər 340 mln. dollar vəsait xərclənib.
 
"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, bu məbləğin 230 mln.dollarını "Qazprombank"dan cəlb edilən vəsait təşkil edib.

"SOCAR Polymer" MMC-nin inşa etdiyi Polipropilen və Yüksək Sıxlıqlı Polietilen Zavodlarının tikintisindən danışan F. Cəfərov qeyd edib ki, işlər qrafikə uyğun davam edir. Belə ki, Polipropilen Zavodu üzrə mühəndislik işlərinin 95%-i, satınalma işlərinin 90%-i, tikinti işlərinin isə 30%-ə yaxını yerinə yetirilib:
 
"2018-ci ilin I rübündə Zavod istismara daxil olacaq".

F.Cəfərov Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin isə qrafiki 3-4% qabaqladığını bildirib. O qeyd edib ki, 2018-ci ilin yayında layihə tamamlanacaq və istehsalata başlanacaq. MMC rəhbərihazırda sahədə 1000 nəfərə yaxın işçinin çalışdığını və onların əsasən yerlilər, xüsusilə də Sumqayıtdan olduğunu deyib. 

Qeyd edək ki, "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Hazırda Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bu layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol