• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məhbuslara birdəfəlik müavinət verilib

Keçmiş məhbuslara birdəfəlik müavinət verilib
28.05.2020 21:21
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6681 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması da diqqətdə saxlanılıb. Bu məqsədlə cari ildə Bakının Xətai və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.
 
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına aid olduğundan məşğulluq orqanları tərəfindən həmin şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri davam etdirilir. Mərkəz bu təbəqədən olan insanların hüquqlarının müdafiəsi, onların sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması və s. istiqamətdə zəruri tədbirləri həyata keçirəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol