• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Qlobal bazarda dollar niyə ucuzlaşıb?

Qlobal bazarda dollar niyə ucuzlaşıb?
19.12.2016 20:34
ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar” indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.

ANN.Az xəbər verir ki, APA-nın yaydığı məlumata görə dolların 16 valyutaya nisbətən məzənnəsinin dinamikasını müəyyənləşdirən "WSJ Dollar” indikatoru 0,15% geriləyib.

Avronun dollara qarşı məzənnəsi həftənin ilk ticarət sessiyasının gedişatında 1,0459 dollar səviyyəsində ticarət olunur. Ötən ticarət sessiyasının sonunda isə Avrozonanın vahid valyutası 1,0451 dollar olub.

Ötən sessiyanın sonunda 1 dollar 117,93 Yaponiya yeni təşkil edirdisə, bu gün 117,29 yenə çatıb. Maraqlıdır ki, son 12 həftənin 10-da dollar yenə nisbətən bahalaşıb. Yaponiyanın rəsmi valyutası ötən həftə dollara nisbətən 2,4% ucuzlaşıb.

"İnterfax” agentliyi yazır ki, bugünkü ticarət sessiyasında dolların ucuzlaşmasına səbəb ABŞ-la Çin arasında yaranan gərginlikdir.

Belə ki, dekabrın 15-də Çinin hərbi gəmisi Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı avtomatik aparatı ələ keçirib. 

Çin Müdafiə Nazirliyi bəyan edib ki, aparatı ABŞ-a qaytarmağa hazırdır. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çinliləri oğru adlandırıb: "Onu (aparatı - red. özünüzə saxlayın!”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol