• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Sürüşmə təhlükəsi olan ərazilərin xəritəsi hazırlanıb - SİYAHI

Sürüşmə təhlükəsi olan ərazilərin xəritəsi hazırlanıb - SİYAHI
22.12.2016 14:05
Torpaq sürüşməsi təhlükəsi olan sahələrin elektron xəritələri hazırlanıb.
 
Elektron xəritələrdə Bakı şəhəri və Abşeron yarımadası da daxil olmaqla Azərbaycandakı təhlükəli sürüşmə sahələri yer alıb. Bakı və Abşeron yarımadasında – Masazır sürüşmə sahəsi (Nazim Əsədov küç.), Masazır qəsəbəsi II sürüşmə sahəsi (M. İbrahimov ilə C. Cabbarlı küçələrinin arasındakı ərazi), Binəqədi sürüşmə sahəsi (Binəqədi – Saray avtomobil yolunun sağ hissəsində Binəqədi qəsəbəsindən 300 m aralı məsafədə), Əhmədli I sürüşmə sahəsi (Gəncə prospekti, N. Tusi küç.), Xətai rayonu sürüşmə sahəsi (Gəncə prospekti 20), Bakı dairəvi – 1 magistral avtomobil yolunun 7-ci km-də sürüşmə sahəsi (Dövlət Yol Polisi İdarəsinin yaxınlığında), Bayıl sürüşmə sahəsi (Neftçilər prospekti, T. Bağırov küç.), N. Nərimanov prospekti döngəsi sürüşmə sahəsi (Y. Dağlı küç.), Park sürüşmə sahəsi (Parlament prospekti, M. Hüseyn küç.), Teleqüllə sürüşmə sahəsi (A. Məmmədov küç.), Qaraçuxur sürüşmə sahəsi (İ. Mustafayev küç.), Əhmədli-Günəşli arasındakı sürüşmə sahəsi  (S. Mehmandarov küç.), Əhmədli II sürüşmə sahəsi (Gəncə prospekti, Şıxlinski küç.), Zığ I sürüşmə sahəsi (H. Allahverdiyev, Xanlar, H. Aslanov, İ. Süleymanov küçələri), Zığ II sürüşmə sahəsi (Zığ şosesi), Badamdar (Badamdar şosesi), Badamdar uçqun sahəsi (Badamdar şosesi, O. Daşdəmirov küç), Badamdar yarğan əmələgəlmə sahəsi (Badamdar şosesi), Azərbaycanın rayonlarında – Ağsuda Dilman, Gürcüvan, Xatman, Kalva, Suraxanı, Cəlilabadda Sadatlı, Gədəbəydə Şahdağ, Göygöldə Dozular, Xızıda Xızı, İsmayıllıda Diyallı, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyi, Vaşa, Qobustanda Cəyirli, Poladlı, Qubada Güləzi, Küsnət, Quba-Xınalıq yolu, Quba-Qonaqkənd, Qusarda Qənərçay, Qusar-Sudur avtomobil yolunun 37-ci km-liyi, Urva, Lerikdə Veri-Əliabad, Lənkəranda Horavenç, Lənkəran-Lerik yolunun 17-19 km-liyi, Masallıda Güllütəpə, Şabranda Bakı – Samur avtomobil yolunun 120-ci km-liyi, Baş Əmirxanlı, Surra, Şamaxıda Bakı – Şamaxı magistral avtomobil yolunun 106-111-ci km-liyi, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-liyi, Cabanı, Dədəgünəş, Qaravəlli, Muğanlı, Saqiyan, Tovuzda Qəribli sürüşmə sahələrinin elektron xəritələri hazırlanıb.
 
Elektron xəritələrdə sürüşmə sahələrinin sərhədləri, künc nöqtələrinin nömrəsi, sürüşmə kütləsinin hərəkət istiqamətləri, coğrafi koordinatları əksini tapıb.
 
Qeyd edək ki, bu il dekabrın 1-də imzalanan fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrini bir ay müddətində, elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir. //APA

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gümüşün qiyməti 2011-ci ildən bəri ən yüksək səviyyəsinə çatıb
İqtisadiyyat 23:15
Gümüşün qiyməti 2011-ci ildən bəri ən yüksək səviyyəsinə çatıb
Yelo Bank müştərilərinin rahatlığı üçün toplu mədaxillər "KorpON" terminallarında!
İqtisadiyyat 15:14
Yelo Bank müştərilərinin rahatlığı üçün toplu mədaxillər "KorpON" terminallarında!
Ölkədə aqrar sektor böyüyüb
İqtisadiyyat 15:09
Ölkədə aqrar sektor böyüyüb
Moody’s Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
İqtisadiyyat 15:02
Moody’s Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
Kapital bazarlarına çıxış iqtisadi layihələrin keyfiyyətinə təsir göstərir
İqtisadiyyat 14:27
Kapital bazarlarına çıxış iqtisadi layihələrin keyfiyyətinə təsir göstərir
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Siyasət 13:53
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Özəl sektorda çalışanların sayında nisbətən artım var
İqtisadiyyat 13:41
Özəl sektorda çalışanların sayında nisbətən artım var
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
İqtisadiyyat 13:18
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
İqtisadiyyat 13:13
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol