• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Qərar verilərsə, Azərbaycan da hasilatı daha da azalda bilər"

Nazir: "Qərar verilərsə, Azərbaycan da hasilatı daha da azalda bilər"
28.05.2020 17:35
Azərbaycanda bu il qaz hasilatının artırılması, neft hasilatının isə azaldılması nəzərdə tutulur.
 
"Report” xəbər verir ki, bunu energetikla naziri Natiq Əliyev "Natural Gas World”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu il qaz hasilatıının 0,8% artırılaraq 29,561 mlrd. kubmetrə çatdılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, ötən ilki 9,9 mlrd. kubmetrlə müqayisədə bu il "Şahdəniz” qaz-kondensat yatağının I mərhələsi çərçivəsində 10 mlrd. kubmetrdən çox qaz hasilatı nəzərdə tutulur.

N.Əliyev həmçinin, neft hasilatının azaldılması ilə bağlı razılıqdan da danışaraq qeyd edib ki, Azərbaycan hasilatın azaldılması öhdəliyinə tam əməl edir və yanvarın 1-dən gündəlik neft hasilatı təxminən 35 min barel azaldılıb. Nazirin sözlərinə görə, buna uyğun olaraq yanvarın 1-20-də ölkədə gündəlik neft hasilatı 789 min barel təşkil edib: "Ötən ilin noyabr ayında isə gündıəlik hasilat 830 min barel olub. Yanvarda neftin qiyməti illik müqayisədə 25 dollar artıb və bu bütün hasilatçıların xeyrinədir. Əgər digər hasilatçılar hasilat səviyyəsini biraz daha azaltmaq barədə qərar versələr Azərbaycan da hasilatı daha da azalda bilər”.

Ötən il Azərbaycanda neft hasilatı 41 mln. ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5% azdır. Ölkənin ümumi neft hasilatının 75,6%-i "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılır və bu il bu yataqlar blokundan hasilatın gündəlik 20 min barel azaldılması gözlənilir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol