• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Tarif Şurasına yeni səlahiyyət verilib

Tarif  Şurasına yeni səlahiyyət verilib
29.03.2017 08:19
Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib.
 
APA-nın məlumatına görə, Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
 
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyətin verilməsi ilə bağlıdır. Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu marşrut avtobusunda gediş haqqı artırıldı
İqtisadiyyat 05:42
Bu marşrut avtobusunda gediş haqqı artırıldı
Tarif  Şurasına yeni səlahiyyət verilib
İqtisadiyyat 08:19
Tarif Şurasına yeni səlahiyyət verilib
İşsizliyə görə müavinətin orta məbləği azalıb
İqtisadiyyat 09:59
İşsizliyə görə müavinətin orta məbləği azalıb
Mərkəzi bank uçot dərəcəsini dəyişmədi
İqtisadiyyat 19:38
Mərkəzi bank uçot dərəcəsini dəyişmədi
Azərbaycanda ət bahalaşdı - CƏDVƏL
İqtisadiyyat 11:00
Azərbaycanda ət bahalaşdı - CƏDVƏL
Dərmanların qiymətləri dəyişdirildi
İqtisadiyyat 21:04
Dərmanların qiymətləri dəyişdirildi
Pensiya yaşı niyə artırılır?
İqtisadiyyat 12:50
Pensiya yaşı niyə artırılır?
Mərkəzi Bankın İdarə Heyətinə yeni namizədlər irəli sürülüb
İqtisadiyyat 19:07
Mərkəzi Bankın İdarə Heyətinə yeni namizədlər irəli sürülüb
Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı
İqtisadiyyat 11:39
Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol