• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən yaxşı içkiləri – SİYAHI

Dünyanın ən yaxşı içkiləri – SİYAHI
28.05.2020 23:56
ABŞ alimləri ən faydalı, həmçinin idmanla məşğul olan adamların imtina etməsi lazım gələn içkilərin siyahısını tərtib ediblər.

Oxu.Az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, ən faydalı içkilərin reytinqində birinci yeri adi içməli su tutur.

Alimlər qeyd ediblər ki, insan orqanizmi normal fəaliyyət göstərmək üçün zəruri ölçüdə maye qəbul etməlidir.

 Ən yaxşısı budur ki, həmin maye orqanizmə təmiz su şəklində daxil olsun. Tədqiqatçılar qeyd edirlər ki, idmançılar üçün təmiz suyun qəbul edilməsi xüsusilə vacibdir. Mineral sular da xeyirlidir. Bu sular qana zəruri duz və mineralları daxil edir.

Tərkibində az miqdarda şəkər və duz olan içkilər də faydalıdır. Lakin onlardan sui-istifadə etmək düzgün deyil. Artıq birmənalı şəkildə təsdiq olunduğu kimi, belə içkilər çəki artımına səbəb olurlar.

Xüsusilə, idmanla məşğul olan gənclər arasında populyar olan kokteyllər və qatışıqlar orqanizm üçün zərərlidir. Onlar çəkinin artmasına və piy toxumalarının həcminin genişlənməsinə səbəb olurlar. Belə içkilər, həmçinin dişlərə pis təsir edir və onların zədələnməsinə səbəb olur.

Tərkibində kofein olan enerji içkiləri də ziyanlıdır. Onlar aritmiyaya səbəb olur, güclü baş ağrıları verir, hətta nevrozun əsasını qoya bilirlər. Ona görə də, ən yaxşısı bu içkiləri, ümumiyyətlə, içməməkdir. Alimlər spirtli içkilərin məhdud şəkildə qəbuluna qarşı olmasalar da, onların hamısını bu və ya digər şəkildə zərərli hesab edirlər. Onların fikrincə, spirtli içkilər orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmağa kömək etsələr də, artıq içiləndə bir sıra daxili orqanların funksiyasına mənfi təsir göstərirlər.

Spirtli içkilərdən faydalılıq əmsalına görə, qırmızı şərab birinci yeri tutur. Pivə və təbii bitkilərdən alınan araqlar müəyyən xəstəliklərin müalicəsində bəzən əvəzolunmaz hesab edilir. Lakin onları həkimlərin məsləhətləri əsasında qəbul etmək lazımdır.

Bununla belə, elm adamları hesab edirlər ki, istənilən mayeni qəbul etməzdən əvvəl onun tərkibini araşdırmaq lazımdır - o maye dünyanın ən faydalı içkisi olan təbii bulaq suyu olmuş olsa belə.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol