• $
  • €
  • ₽
  • ₺
  • £

Tariyel İsmayılov AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub

Tariyel İsmayılov AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub
29.05.2020 00:57
AccessBank-ın Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub.

T.İsmayılov AccessBank-da uğurlu fəaliyyətini 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə "Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlir. Daha sonra o, regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra, 2013-cü ildə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının "Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir.

T.İsmayılov "İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda "Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol