• $
  • €
  • ₽
  • ₺
  • £

Sentyabrın 20-də Caspian European Club-un İdarə Heyətinə seçkilər keçiriləcək

Sentyabrın 20-də Caspian European Club-un İdarə Heyətinə seçkilər keçiriləcək
29.05.2020 03:35
Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə seçkilər 2017-ci il sentyabrın 20-də keçiriləcək. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda səsvermənin fəal mərhələsi keçirilir. O qeyd edib ki, seçkilərdən əvvəl 2017-ci il mayın 17-dən sentyabrın 20-dək ilkin səsvermə təşkil olunacaq. Qeydiyyatdan keçmiş hər bir istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər. Əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün namizədin 1000-dən çox səs toplaması mütləqdir.

Telman Əliyev qeyd edib ki, sentyabrın 20-də onlar tərəfindən təşkil olunacaq Caspian Energy Transport & ICT Forum çərçivəsində Caspian European Club-un üzvləri ilkin səsverməni keçmiş namizədlər arasından İdarə heyətinin üzvlərini seçə bilərlər. "Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch-da elan ediləcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, seçkilər hər il İdarə Heyətinin yeni tərkibini seçmək məqsədilə təşkil olunur. Namizədlər şirkət rəhbərləri, sahə klublarının prezidentləri, Caspian European Club və Caspian American Club-un komitə rəhbərləri arasından seçiləcək.

Telman Əliyev bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.

O əlavə edib ki, Klubun tərkibində Caspian European Club və Caspian American Club-un İdarə Heyətinin cəmi 12 üzvü yer ala bilər. Əvvəlki seçkilər ötən il iyunun 13-dən sentyabrın 13-dək keçirilmişdir. 2016-cı il oktyabrın 5-də isə İdarə Heyətinin yeni tərkibinin birinci iclası təşkil olunmuşdur. Telman Əliyev qeyd edib ki, www.caspianenergy.tv saytında Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə namizədlərin video müraciətləri yerləşdirilib.

"Tərəfimizdən ilkin internet səsverməsi prosesinə bir neçə qanunsuz müdaxilə cəhdinin qarşısı alınmışdır. Səsvermənin nəticəsini dəyişməyə yönəlmiş istənilən cəhd obyektiv səsverməyə riayət məqsədilə müxtəlif İKT şirkətlərindən cəlb edilmiş İT mütəxəssislər qrupu tərəfindən zərərsizləşdiriləcək", - deyə Telman Əliyev çıxışına yekun vurub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol