• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in 4G xidməti artıq Gəncədə!

“Bakcell”in 4G xidməti artıq Gəncədə!
16.11.2017 10:46
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən "4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

"Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, Bakcell şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib.

Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.

Hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. "Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.

Bakcell-in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun səhifəsindən əldə etmək olar.

Bu gündən etibarən Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə bilərlər.

Bir müddət əvvəl Bakcell mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Azərbaycanda "Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol