• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfiri CEO Lunch Bakunun fəxri qonağı olacaq

ABŞ səfiri CEO Lunch Bakunun fəxri qonağı olacaq
28.05.2020 21:44
ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu CEO Lunch Baku-da iştirak edəcək. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. O qeyd edib ki, bu CEO Lunch Baku Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. CEO Lunch Baku-da iştirak üçün rəsmi dəvət də SOCAR-ın prezidenti Rövnəq Abdullayevə göndərilib.

Telman Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkəmizin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyir. "Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcəkdir”, - deyə Telman Əliyev deyib.

Caspian American Club-un ötən ilin dekabrında yaradıldığını xatırladan Telman Əliyev Caspian American Club-un fəaliyyətinə və 2018-ci il iyunun 4-də keçiriləcək Caspian American Forum Baku-ya göstərilən diqqət və qayğıya görə ABŞ Səfirliyinə öz minnətdarlığını bildirib.

Caspian European Club və Caspian American Club-un Sdəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

"Maraqlıdır ki, Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş CEO Lunch Baku Caspian American Cub-un yaranmasının ildönümündə təşkil olunur”, - deyə Telman Əliyev söyləyib.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialqoun qurulmasında mühüm vasitələrdən olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə yeni işgüzar əlaqələrin yaradılması və nizamlanması üçün əlavə imkanlar yaradır.

CEO Lunch-da sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, regionda fəaliyyət göstərən şirkətləri maraqlandıran məsələlərə toxunulur. CEO Lunch həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi təklifinin müzakirə edilə biləcəyi platforma rolunu oynayır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol