• $
  • €
  • ₽
  • ₺
  • £

27 min 88 nəfərin vətəndaşlığı tanınıb

27 min 88 nəfərin vətəndaşlığı tanınıb
28.05.2020 18:51
Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin martın 29-da Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.
 
DMX-dən AzVision.az-a verilən xəbərə görə, Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul edilәn şәxslәrin andiçmә mәrasimindә Vətəndaşlıq
məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bildirib ki, Azәrbaycan Prezidentinin 2008¬-ci il 6 mart tarixli Fәrmanına müvafiq olaraq, Dövlәt Miqrasiya Xidmәtinin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı tәmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nın vəzifəsi kimi müəyyən olunub. 

Tədbirdə Azәrbaycanda son illәrdә hәyata keçirilәn islahatlar nәticәsindә әldә edilәn uğurlardan, beynәlxalq birliyin bәrabәrhüquqlu subyekti kimi sabitliyin yüksәk sәviyyәdә tәmin edildiyi, multikultural dәyәrlәrin hakim olduğu, tolerantlıq nümunәsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi vә mәdәni mühitinә verdiyi töhfәlәrdәn danışılıb. Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәnilә artdığı qeyd olunub.

Vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib. 

Sonra vәtәndaşlığa qәbul edilmiş 58 və bərpa olunmuş 2 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr. Andiçmә "Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014¬-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 151-ci maddәyә әsasәn keçirilir. And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır. Tәdbir Dövlәt Himninin ifası ilә yekunlaşıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol