• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir
28.05.2020 23:04
Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm "Formula-1" yarışları keçirilir.
 
Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom da bu cür irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini ən yüksək keyfiyyətdə təqdim edir. Belə ki, şirkət tərəfindən Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G, 36-3G və 18 4G radio baza stansiyalarında gücləndirmə və tutum artırılması işləri həyata keçirilib. Bundan əlavə, 21 baza stansiyada 4-cü, 6 stansiyada 3-cü və 4-cü və daha 2 stansiyada 3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1 ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall üçün transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb. Ümumllikdə Crystal Hall-da 2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir. Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri görülüb. Onu da qeyd edək ki, Azercell Formula 1 ərazisinin şəbəkə monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell Şirkət ölkəmizdə keçirilən beynəlxalq yarışlarda hər zaman göstərdiyi yüksək keyfiyyətli xidmət ilə seçilib və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol