• $
  • €
  • ₽
  • ₺
  • £

ADR 100 illiyi münasibətilə “Bakcell”dən ikiqat internet

ADR 100 illiyi münasibətilə “Bakcell”dən  ikiqat internet
28.05.2020 17:41
May ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet trafiki əldə edəcəklər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi  Bakcell şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.

Ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir. 
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə, Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet  təklif edir.

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir  abunəçi  istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.

Bu təklifdən yararlanmaq  üçün abunəçilər  kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.

Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, "yüksək sürət” xidməti aktivləşir.

Kampaniya barədə daha ətraflı məlumatla www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.

Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün Bakcell müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif edir.
 
Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində, Bakcell abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin tətbiq etdiyi ən müasir "LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlanırlar.
 
Bakcell şirkəti innovativ və son texnologiyalar əsasında yaradılmış xidmətlər, sərfəli kampaniyalar, yüksək keyfiyyət və geniş şəbəkə əhatə dairəsi ilə öz müştərilərini sevindirməyə davam edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol