• $
  • €
  • ₽
  • ₺
  • £

12 əcnəbi öz ölkəsinə göndərildi

12 əcnəbi öz ölkəsinə göndərildi
28.05.2020 20:52
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşla görüşüb.

DMX-dan unikal.org-a verilən məlumata görə, görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulmuş BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.

Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib.

V.Hüseynov DMX üçün əsas prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.

İcra olunan layihələrin əhəmiyyətinə toxunan Xidmət rəisi Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı ümumilikdə 12 sorğu göndərildiyini və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışının artıq həyata keçirildiyini deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Argentina Sabadoş təmsil etdiyi təşkilatın 22 ildir Azərbaycanda fəaliyyət göstərdiyinə və 2001-ci ildən Azərbaycanın üzvü olduğu BMqT ilə birgə reallaşdırılan layihələr və onların əhəmiyyətinə diqqət çəkib. Ölkəmizə 2016-cı ildə etdiyi səfərini xatırladıb. Azərbaycanda mövcud olan miqrasiya idarəçiliyi modelinin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol