• $
  • €
  • ₽
  • ₺
  • £

AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək oldu

AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək oldu
29.05.2020 03:16
Təhsil Nazirliyinin dəstəyi, Community.az və Green Line şirkətlərinin təşəbbüsü, "AtaBank” ASC-nin Baş sponsorluğu ilə "Məktəb icmaları” layihəsi çərçivəsində İyun ayından etibarən "Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib.

Layihənin təşkil olunmasında əsas məqsəd yeniyetmələrə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmaqdır.

Burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləri üçün bilik və bacarıqların artırılması məqsədi ilə bir sıra tədbirlər, təqdimatlar keçiriləcək. Bu tədbirlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq bərbər, dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təşkil olunacaq. Qeyd edək ki, peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında "Green Line” şirkətinin peşəkar psixoloqlar komandası tərəfindən keçiriləcək təlimlərə mühüm yer ayrılır.

1 ay davam edəcək layihə ərzində peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, praktiki təcrübələr keçiriləcək, şirkətlərin iş prosesinə ekskursiyalar təşkil olunacaq.

Layihənin yekununda potensial peşə-ixtisas sahələri və özünüinkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzu və amallarının gerçəkləşməsinə dəstək olacaq.

Layihə ilə bağlı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bildirdi ki, "AtaBank hər zaman sosial layihələrə çox böyük önəm verib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu layihəyə qoşulmağımızda məqsəd internat tipli tədris müəssisələrində təhsil alan uşaqların yetişkin həyatlarında ilk addımlarını daha inamla atmaqlarına köməklik göstərə bilməkdir. Layihə çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Biz AtaBank olaraq gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacağıq.”

İyun ayının sonunda yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol