İlham Əliyev 200 mindən çox adamı sevindirdi

Prezident İlham Əliyev Masallı rayonunun Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli– Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























