• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Bizim üçün Avropa bazarı ən əlverişli bazardır“

İlham Əliyev: “Bizim üçün Avropa bazarı ən əlverişli bazardır“
12.11.2014 09:59
Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. APA-nın məlumatına görə, bu sözləri noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib.Dövlət başçısı Azərbaycanın “Cənub” qaz dəhlizinin təşəbbüskarı olduğunu xatırladaraq, “Cənub” qaz dəhlizinin artıq icra edildiyindən şad olduğunu bildirib: “İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdi və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcək. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcək”.Azərbaycan prezidenti burada əlaqələndirmə işlərinin yüksək səviyyədə aparılmalı olduğunu qeyd edib: “Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaq. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir”.Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanının maraqlarının da burada üst-üstə düşdüyünü vurğulayan dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqların başlanacağına dair qərar verildiyini qeyd edib: “Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaq. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb”.““Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir”, deyə prezident İlham Əliyev qeyd edib.Humanitar sahənin də çox böyük önəm daşıdığını bildirən dövlət başçısı Macarıstanın azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırdığına görə baş nazir Viktor Orbana minnətdarlığını bildirib: “Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcək. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir”.“Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək. Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik”, deyə dövlət başçısı əlavə edib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol