• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!

Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!
06.09.2018 11:29
Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır. Ölkə bazarında bir ilk olan bu məhsul, biznes müştərilərinə cəmi 15 dəqiqə ərzindədə banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. Bu, Unibank Biznes müştəriləri üçün nəzərdə tutulan İnternet Bank proqramı vasitəsilə həyata keçirilir. Müştəri onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir, və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir.

Korporativ – biznes müştərilərinin onlayn şəkildə cəmi 15 dəqiqə ərzində kreditləşməsi nəticəsində, biznes sahibləri artıq banka yaxınlaşmır, sənədləşmə prosesinə heç bir ehtiyac qalmır və müştəri dünyanın istənilən yerində Unibank İnternet Bank proqramı vasitəsilə bir neçə klikə onlayn kredit əldə edə bilir.

Qeyd edək ki, bu məhsul Unibankın bir müddət öncə başladığı Agile Scrum metodologiyası ilə təqdim etdiyi ilk məhsuldur. Agile Transformasiya çərçivəsində yaradılmış olan ilk skram komanda məhsulun hazırlanmasını sprintlərə (zaman aralıqlarına) bölərək, hər sprintin sonunda məhsulu qismən, sonda isə bütövlükdə müştərilərə təqdim edib. Nəticə olaraq, əvvəl minimum 4 aya görülən işi Agile Scrum metologiyası ilə Unibankın ilk skram komandası cəmi 1 aya bitirib. Bu, ölkənin bank bazarında həm məhsul olaraq, həm də Agile Trasformasiya üzrə bir ilkdir. Unibank bundan sonra da daha effektiv xidmət göstərmək məqsədilə Agile Skram komandaların sayını çoxaltmağı planlaşdırır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol