• $
  • €
  • ₽
  • ₺
  • £

Göygöl Kardiorevmatoloji Sanatoriyası satışa çıxarılacaq

Göygöl Kardiorevmatoloji Sanatoriyası satışa çıxarılacaq
28.05.2020 19:53
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq. 

Unikal.org xəbər verir ki, hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kv.m olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 86,6 kv.m olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.
Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.

Bütün kateqoriyalar üzrə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat komitənin rəsmi saytı (www.emdk.gov.az) və Özəlləşdirmə portalında (www.privatization.az) yerləşdirilir. İştirak etmək istəyən hər kəs seçdiyi dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i miqdarında beh ödəyərək sifarişçiyə çevrilə bilər. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər prosesdə canlı və onlayn formada iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol