• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

Məktəblərdə qiymətlər 100 bal üzrə hesablanacaq

Məktəblərdə qiymətlər 100 bal üzrə hesablanacaq
28.09.2018 19:44
Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəyişib. Bundan sonra şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Vətəndaş məmnuniyyətini artırmağa, şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də vaxtına qənaət və həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklər.
 
AzVision.az "Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, du dəyişiklikləri nəzərdə tutan yeni qaydalar Təhsil Nazirliyində işlənib hazırlanıb. Tezliklə təsdiq edilməsi gözlənilən yeni qaydalar məktəblərə təklif ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun sözlərinə görə, əsas dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyət verilib: 

"Bilirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib. Hesab edirik ki, şagird gündəliklərində onların formativ qiymətləri öz əksini tapmalıdır”. 

V.Bağırov qeyd edib ki, qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək. "Bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanacaq. Ancaq valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi "2”, "3”, "5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal "2”, 30-60 bal "3”, 60-80 bal "4” və 80-100 bal isə "5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:10
Dünya bazarlarında neftin qiyməti artır
Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq
İqtisadiyyat 08:15
Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq
BP II rübdə 1,63 milyard dollar xalis mənfəət əldə edib
İqtisadiyyat 13:11
BP II rübdə 1,63 milyard dollar xalis mənfəət əldə edib

Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 12:37
Qızılın qiyməti ucuzlaşıb
Rumıniya Azərbaycandan çirklənmiş neft aldıqdan sonra fövqəladə vəziyyət elan edib
İqtisadiyyat 10:17
Rumıniya Azərbaycandan çirklənmiş neft aldıqdan sonra fövqəladə vəziyyət elan edib
"Azeri Light" neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:54
"Azeri Light" neftinin qiyməti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:07
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakı Fond Birjasında əqdlərin həcmi 40 milyard manatı ötüb
İqtisadiyyat 17:47
Bakı Fond Birjasında əqdlərin həcmi 40 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol