Bakıda tramvay xətti çəkmək istəyirlər

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Polşanın İnfrastruktur və Regional İnkişaf nazirinin müavini Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında qəbul etmişdir.Komitədən Oxu.Az-a verilən məlumata görə, qonaqlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları və gördüyü işlər barədə ətraflı məlumat verən Abbas Ələsgərov onları maraqlandıran məsələlərə də aydınlıq gətirmişdir.Qonaqlar Bakının nəqliyyat infrastrukturunda önəmli yer tuta biləcək tramvay şəbəkəsinin qurulmasının vacibliyindən və bu işdə Polşanın təcrübəsindən, habelə imkanlarından istifadənin mümkünlüyündən danışaraq, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























