• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” 20 illiyi ilə əlaqədar Azərbaycanın aparıcı KİV rəhbərləri ilə görüş keçirib!

“Bank of Baku” 20 illiyi ilə əlaqədar Azərbaycanın aparıcı KİV rəhbərləri ilə görüş keçirib!
28.05.2020 21:25
Bu il 20 illiyini qeyd edən “Bank of Baku” yubileyi münasibətilə əməkdaşlıq etdiyi media qurumları ilə görüş keçirib. Görüşə “Bank of Baku”-nun Müşahidə Şurası, İdarə Heyətinin üzvləri və bankın əməkdaşlıq etdiyi yerli media qurumlarının rəhbərləri və jurnalistlər qatılıblar.Tədbir ötən əsrin əvvəlini xatırladan ab-havada təşkil olunmuş və qonaqları həmin dövrə uyğun geyimlərdə olan xanım və bəylər qarşılayırdı. Qasid isə milli mətbuatımızın ilk nəşri olan “Əkinçi” qəzetinin 2-ci buraxılışının surətini qonaqlara paylayırdı.Tədbiri giriş sözü ilə açan “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev qeyd etdi ki, bank 20 illik uzun bir yolu Azərbaycan mediası ilə birgə qət edib. Bankın tərəfdaşı olan kütləvi informasiya vasitələrinin hər zaman çeviklik, operativlik, etibarlılıq və işgüzar yanaşma nümayiş etdirdikləri bildirildi. Elçin İsayev media partnyorlarına illər boyu “Bank of Baku”-ya dəstək olduqlarına, uğurlu və qarşılıqlı əməkdaşlığa görə təşəkkür etdi.Daha sonra tədbir iştirakçıları 19-cu əsrdən bu günə kimi Azərbaycan mətbuatının inkişafından, müxtəlif mərhələlərdə inkişaf tendensiyaları və cəmiyyətə verdiyi töhfələrdən bəhs edən kiçik metrajlı filmə seyr etdilər.Tədbirdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədrinin müvini Qafar Cəbiyev və Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Umut Rəhimoğlu iştirak etdilər. Öz çıxışında Umut Rəhimoğlu bankın bu təşəbbüsünü bəyəndiyini bildirdi və bütün tədbir iştirakçılarına yeni nailiyyətlər arzu etdi.Daha sonra tədbirin qonağı tanınmış Türkiyəli jurnalist Güneri Civaoğlu çıxış etdi. Uzun illər Türkiyənin aparıcı qəzet və televiziya kanallarında çalışanGüneri Civaoğlu öz həyat və işgüzar təcrübəsi ilə, media uğurunun əsas amilləri ilə bölüşdü.Daha sonra tədbir iştirakçıları “Bank of Baku”-nun 20 illiyi münasibətilə çəkilmiş yeni imic çarxının ilk seyrediciləri oldular. Lentə alınmış bu çarx bankın illər boyu hər zaman qorunan mənəvi dəyərlərindən bəhs edir.Tədbirdə “Bank of Baku” ilə əməkdaşlıq edən yerli KİV rəhbərlərinə uğurlu əməkdaşlığa görə xüsusi diplomlar təqdim edildi. Tədbir konsert proqramı ilə başa çatdı. Populyar müğənnilər Tünzalə Ağayeva və Samira öz reperturlarından ən sevilən mahnıları ifa etdilər.“Bank of Baku” hər zaman KİV-lərlə münasibətlərə yüksək diqqət yetirərək xüsusi önəm verib. “Bank of Baku” inanır ki, bu münasibətlər gələcəkdə də müsbət müstəvidə inkişaf edəcək. “Bank of Baku” bütün tərəfdaş kütləvi informasiya vasitələrinə bir daha təşəkkür edir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol