• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının yaxınlığında yeni şəhər: aeroportu, limanı olacaq

Bakının yaxınlığında yeni şəhər: aeroportu, limanı olacaq
29.05.2020 03:40

Gələcəkdə Ələt qəsəbəsində yeni aeroportun, dəmir yolunun inşası, avtomobil nəqliyyatının inkişafı bu qəsəbənin şəhərə çevrilməsinə zəmin yaradır.ANN.Az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində söyləyib.Qaradağ rayonu ərazisində Bakı Dərin Özüllər Zavodunun, Səngəçal terminalının, sement zavodunun və digər sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri, Ələt qəsəbəsində inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini də xüsusi qeyd edib. O deyib ki, qəsəbə gələcəkdə ayrıca şəhər kimi inkişaf edəcək. Çünki Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək.C.Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan aeroport bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol