• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

"Bank Respublika" gənclərə təcrübə keçmək imkanı yaradır

27.02.2019 15:52
Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün "Qış Təcrübə Proqramı” na start verib.

Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunmuşdur.  Aparılan testlər nəticəsində ən savadlı 32 gənc "Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb.

3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.

Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Bank Respublika bundan öncə də gənclər üçün "Yay Təcrübə Proqramı” həyata keçirmişdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi
İqtisadiyyat 11:55
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi
Xarici dövlət borcunun 28%-i avrobondların payına düşür
İqtisadiyyat 11:48
Xarici dövlət borcunun 28%-i avrobondların payına düşür
Xarici dövlət borcunun yarısı dəyişkən faizli öhdəliklərdən ibarətdir – Maliyyə Nazirliyi
İqtisadiyyat 11:31
Xarici dövlət borcunun yarısı dəyişkən faizli öhdəliklərdən ibarətdir – Maliyyə Nazirliyi
Azərbaycanın dövlət borcu ÜDM-in 19,6 faizini təşkil edib
İqtisadiyyat 11:21
Azərbaycanın dövlət borcu ÜDM-in 19,6 faizini təşkil edib
Dünya bazarlarında neftin qiyməti 72 dollara yaxınlaşıb
İqtisadiyyat 10:04
Dünya bazarlarında neftin qiyməti 72 dollara yaxınlaşıb
AMB sədri sığorta sektoru rəhbərləri ilə sektorun inkişafını müzakirə edib
İqtisadiyyat 10:04
AMB sədri sığorta sektoru rəhbərləri ilə sektorun inkişafını müzakirə edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
Bu günə məzənnə açıqlanıb
İqtisadiyyat 09:11
Bu günə məzənnə açıqlanıb
“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!
İqtisadiyyat 17:16
“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol