• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ilk sənaye portalı fəaliyyətə başladı

Azərbaycanın ilk sənaye portalı fəaliyyətə başladı
02.10.2014 18:17

Azərbaycanın ilk sənaye portalı – "www.e-senaye.az"  yaradılıb.

 

"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadənin verdiyi məlumata görə,  bu gün təqdimatı keçirilmiş Elektron Sənaye Portalı (www.e-senaye.az) adıçəkilən birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.

 

 Onun sözlərinə görə, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

 

Layihə koordinatoru elektron sənaye portalının funksiyaları haqqında danışaraq bildirib ki, bu, çoxfunksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəssisələr üçün geniş imkanlar təqdim edir. Belə ki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və yaxud VİP üzvlük statusu alır. Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.

 

C.Hüseynzadə həmçinin əlavə edib ki, layihə icraçıları tərəfindən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəssisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya yerləşdirilib.

www.ictnews.az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol