• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankında "Qazprombank" nümayəndələri ilə görüş

Azərbaycan Beynəlxalq Bankında "Qazprombank"  nümayəndələri ilə görüş
12.03.2019 17:11
Ölkəmizə işgüzar səfərdə olan Rusiya "Qazprombankı”nın nümayəndələri səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında da görüş keçiriblər. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov  qonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Bankda həyata keçirilən inkişaf tədbirlərini, qarşıya qoyulmuş yeni strateji hədəfləri diqqətə çatdırıb. Azərbaycan Beynəlxalq Bankının xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.

Öz növbəsində, "Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ölkəmizə səfər çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb. Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. "Qazprombank”ın ölkəmizdə həyata keçirmək niyyətində olduğu bir sıra layihələrdə Azərbaycan Beynəlxalq  Bankının da iştirakı imkanlarına diqqət yönəlib. 

  Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan "Bank ABB – Moskva” ilə "Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra mövzular ətrafında da fikir mübadiləsi aparılıb. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol