• $
  • €
  • ₽
  • ₺
  • £

IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət ödənişləri artıq bu tətbiqdə

IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət  ödənişləri artıq bu tətbiqdə
14.03.2019 14:52
Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib. Bununla da IBAm ən çox  hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi IBAm istifadəçiləri  cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini IBAm vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.

Mobil əlavədə bu son yenilənmə müştərilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilib. Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bununla bağlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron xidmətlər üzrə lider bankdır. Bank elektron xidmət infrastrukturunu getdikcə inkişaf etdirir. IBAm mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu. Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”.

IBAm vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. IBAm istifadəçiləri bütün bunlardan əlavə, aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər: 

-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-"SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
- Ölkədaxili hesablararası köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
IOS və Android istifadəçiləri "IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Bankın internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol