• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnozlar doğruldu: AccessBank əməliyyat mənfəəti əldə edib, kapital normanı üstələyir

Proqnozlar doğruldu: AccessBank əməliyyat mənfəəti əldə edib, kapital normanı üstələyir
30.04.2019 17:19
AccessBank 2019-cu ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb. 

Bankın depozit portfeli ənənəvi şəkildə artım nümayiş etdirib. Belə ki, ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna depozit portfeli 13,8% artaraq 570,112 mln. manata çatıb. Göründüyü kimi, əmanətlərini AccessBank-a etibar edənlərin sayı durmadan artmaqdadır.

Daha əvvəl menecmentin də proqnozlaşdırdığı kimi, bank cari ilin ilk rübündə əməliyyat zərərini mənfəətə çevirə bilib. Martın sonuna AccessBank-ın xalis əməliyyat mənfəəti 17,339 mln. manat təşkil edib. 

Ötən ilin analoji dövrü ilə müqayisədə yanvar-mart ayları ərzində bankın gəlirləri 6,2 dəfə artaraq 32,580 mln. manata yüksəlib.

Hesabat dövrünün sonuna bankın ani likvidlik əmsalı 91,32% təşkil edib ki, bu da normadan 3 dəfə çoxdur. Başqa sözlə, bankda kifayət qədər likvid vəsait mövcuddur. 

Arxada qoyduğumuz rüb ərzində baş tutan kapitallaşma prosesindən sonra məcmu kapital 89,8 mln. manata çatıb və normanı 1,8 dəfə üstələyir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,36%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,05% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,4 dəfə çoxdur.   

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov: "Səhmdarların strukturundakı dəyişiklik ərəfəsində biz yeni biznes strategiyamızı hazırladıq və ilk rübün sonuna olan göstəricilərimiz onu göstərir ki, bank plan üzrə irəliləyir. Bir neçə göstəriciyə toxunaraq fikirlərimi əsaslandırmaq istərdim. Bundan öncə də bəyan etdiyimiz kimi, ilk rübdə bank əməliyyat mənfəəti əldə etməli idi və hesabata nəzər salanda görmək olar ki, proqnozlarımız özünü doğrultdu. Onu da proqnozlaşdırmışdıq ki, bank hələlik zərərlə fəaliyyət göstərəcək və hazırda zərərimiz 74,6 mln. manat təşkil edir. Bunun səbəbi aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ayırdığımız xüsusi ehtiyat məbləğinin artmasıdır. Burada vacib məqamlardan biri də odur ki, artıq problemli krediti olan müştərilərə kompensasiyaların ödənilməsi prosesi start verib. Bu isə AccessBank-ı ehtiyatların bir qismindən azad edəcək. Biz ölkə başçısı tərəfindən imzalanan müvafiq fərmanı növbəti sosialyönümlü layihə kimi qiymətləndiririk. Bu addım əhalinin sosial həssas qrupuna və bank sektoruna ciddi dəstək olacaq. Ümumilikdə, rüb sonuna olan göstəricilərimiz onu deməyə əsas verir ki, AccessBank olduqca dayanıqlı maliyyə təşkilatı olaraq qalır və müştəriləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir".

Qeyd edək ki, bankın nizamnamə kapitalı 118,460 mln. manat artaraq 258,718 mln. manata çatıb.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol