• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı və ASAN Radiodan “Danışan şəkillər” layihəsi

Azərbaycan Beynəlxalq Bankı və ASAN Radiodan  “Danışan şəkillər” layihəsi
01.05.2019 14:30
İndiyə qədər bir çox sosial-mədəni layihələrə imza atmış Azərbaycan Beynəlxalq Bankı və ASAN Radio daha bir müştərək layihənin icrasına başlayır. Yeni layihə "Danışan şəkillər” adlanır. Belə bir layihənin icrasında məqsəd müasir vasitələrin köməyi ilə ictimai-tarixi irsimizin təbliğidir. Ötürdüyü məlumatlar, sənədləşdirdiyi hadisə, fakt və şəxsiyyətlər, verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyan şəkillər işığında cəmiyyətimiz üçün mənəvi dəyərlərin formalaşdırılmasıdır. Eyni zamanda, internet məkanında ana dilimizdə faydalı, maarifləndirici resursların yaradılmasıdır. 

Burada Azərbaycanın tarixi keçmişi, bu günü, ölkəmizin insanları ilə bağlı maraqlı informasiyalar əks etdirən konkret şəkil seçiləcək. Həmin şəkildə əbədiləşmiş tarix, insanlar, fakt və hadisələr, mühit haqqında bir neçə dəqiqəlik qısa videoçarxlar hazırlanacaq. Bu videoçarxlar həm Azərbaycan Beynəlxalq Bankının, həm də ASAN Radionun sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək. Materialların hazırlanması prosesində ölkəmizin tamaşaçı və dinləyici auditoriyasına yaxşı tanış olan Rahib Azəri də ekspert kimi iştirak edəcək. 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin  direktoru Nigar Tahirova bildirib: "Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ötən il biz "100 illik tarix” layihəsini həyata keçirdik. Layihəmiz çox böyük maraq doğurdu. Qısa müddətdə geniş izləyici auditoriyası topladı. Bu maraq, müsbət rəylər bizi tarixi-mədəni dəyərlərimizlə bağlı layihələri davam etdirməyə ruhlandırdı. İnanırıq ki, "Danışan şəkillər” də böyük uğur qazanacaq, cəmiyyətimizə maraqlı olacaq”. 

"ASAN Radio”nun direktoru Emin Musavi deyib: "Maarifləndirmə xəttinə xüsusi önəm verən media qurumu olaraq izləyici auditoriyasındakı tendensiyaları həmişə diqqətdə saxlayırıq. Görürük ki, insanlarımızın faydalı kontentlərə marağı getdikcə artır. Sadəcə, belə kontentləri yaratmaq, cəmiyyətə təqdim etmək, marağı bu səmtə yönəltmək lazımdır. "Danışan şəkillər” layihəsi bu istəyi təmin edəcək və gözəl bir nümunə ortaya qoyacaq”.  

Layihənin eksperti Rahib Azəri isə şəkillərin zəngin informasiya daşıyıcısı olduğunu diqqətə çatdırıb: "Hər şəkil həyatın bir anıdır. Bəzən hər hansı bir şəkli qarşına qoyub onunla saatlar boyu söhbətləşə bilərsən. Bu mənada, bir şəklin tarixi bəzən bir xalqın tarixi qədər geniş və maraqlı alınır. Biz də tariximizin, bu  günümüzün ayrı-ayrı anlarını əks etdirən müxtəlif şəkilləri danışdırmağa çalışacağıq. Bir çox gerçəkləri onların dili ilə izləyicilərimizə çatdıracağıq. Bəri başdan əmin edirik ki, şəkillərlə dialoq çox maraqlı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

"ASAN Radio”nu Bakı və ətraf ərazilərdə 100, bölgələrdə 96.5 və 92.7 FM-də dinləyə bilərsiniz.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol