• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "TANAP Türkiyə-Azərbaycan layihəsidir"

İlham Əliyev: "TANAP Türkiyə-Azərbaycan layihəsidir"
19.09.2014 16:10

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

Bu, belə də olmalıdır. Çünki bizim xalqlar qardaş xalqlardır, biz əsrlər boyu bir-birimizin yanında olmuşuq. Bu gün biz iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında deyib. Dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi əlaqələr gündən-günə inkişaf edir. O xatırladıb ki, bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olub, hazırda da Türkiyənin baş naziri Azərbaycanda rəsmi səfərdədir: "Mənim də prezident seçkilərindən sonra ilk rəsmi səfərim Türkiyə olub. Bu, əslində əlaqələrimizin səviyyəsini rəsmi şəkildə göstərir. Bu gün ölkələrimiz eyni zamanda iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, həm də bir-birini daha da gücləndirir. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin miqdarı 20 milyard dollara yaxındır. Eyni zamanda Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz Türkiyənin "Şahdəniz" qaz yatağındakı və TANAP-dakı payının artırılmasını böyük məmnuniyyət hissi ilə qəbul edirik. Çünki Türkiyə şirkətləri daha çox böyük paya malik olacaqlar. TANAP Türkiyə-Azərbaycan layihəsidir, cəmi 2 il əvvəl bu layihəyə start verilib. Bu gün artıq bu layihə reallaşır". Prezident qeyd edib ki, enerji sahəsində əlaqələr nəinki iki ölkə üçün, bölgə və dünya üçün də böyük önəm daşıyır: “Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah Cənub Qaz Dəhlizinin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi bir gündür, çünki 20 il əvvəl məhz sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb. 20 il sonra biz artıq 21-ci əsrin layihəsinə start veririk. Bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır”. Dövlət başçısı deyib ki, enerji sahəsində “Trans Anadolu”, “Şahdəniz-2” və digər layihələrin uğurla icrası nəticəsində bölgədə yeni şərait yaranacaq: “Bu layihələr həm siyasi, həm də iqtisadi maraqlarımızı təmin edəcək. Bu layihələrdə iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol