• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank" BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib

"Kapital Bank" BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib
03.05.2019 10:00
Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

BAFT-ın Qlobal İllik Toplantısın əsas məqsədi transformasiyalar dövründə yeni imkanların müəyyənləşdirilməsi və çətinliklərin öhdəliyindən gəlmə üsulları, maliyyə institutlarını yaxın on ildə nə gözləyəcəyini və müasir rəqəmsal dövründə banklar və onların müştərilərinə nəyin vacib olduğunu müzakirə etməkdir. Tədbir zamanı maliyyə sahəsində müasir texnoloji trendlər və tənzimləyici aspektlər, real vaxt rejimində ödənişlər, blokçeyn, ödəniş sistemlərinin inkişafı mövzuları gündəmdə olub.

"Müasir dövrdə maliyyə qurumlarının qarşısında dayanan texnoloji yeniliklərin inkişafı, qiymətləndirilməsi və bu yeniliklərin tətbiqi gündəmdə olan ən vacib mövzudur. Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri, digər beynəlxalq ekspertlərlə ümumi müzakirələr və kiçik qruplarla görüşlərimiz oldu. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, tədbir zamanı Vüqar Sadiq BAFT-ın inkişafına əvəzsiz töhfələr verdiyinə və Azərbaycanda və regionda bank sahəsində peşəkar biliklərin təbliği istiqamətində mühüm işlər gördüyünə görə xüsusi mükafatla təltif olunub.

Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.  

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol