• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: "Azərbaycanla birlikdə çox parlaq bir gələcəyə gedirik"

Davudoğlu: "Azərbaycanla birlikdə çox parlaq bir gələcəyə gedirik"
19.09.2014 09:30

“TANAP gündəmə gəldiyi andan Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklər olub”.APA-nın Türkiyənin rəsmi “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərindən əvvəl Ankara Hava Limanında  verdiyi açıqlamada bildirib. O, Türkiyə ilə Azərbaycan arasında "Bir millət, iki dövlət" şüarının artıq kök salmış bir ənənə olduğunu qeyd edərək, ilk səfərlərindən birinin Bakıya etdiyini bildirib.Davudoğlu, rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşəcəyini qeyd edib. Görüşlərdə Türkiyə-Azərbaycan siyasi, iqtisadi və mədəni münasibətlərinin detallı müzakirə olunacaq. Davudoğlu səfərinin  ikitərəfli münasibətlər,  regional sahədə aparılan işlər, beynəlxalq sahədəki yaxın əməkdaşlıq və iki ölkə arasındakı dost və qardaş münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib."Bölgəmizdə, yaxın bölgələrdə çox mühüm siyasi hadisələr baş verir. Bunları müzakirə edəcəyik" deyən Davudoğlu, iki ölkənin çox böyük layihələrin  birgə həyata keçirməsinə diqqəti çəkib.   "Birlikdə çox parlaq bir gələcəyə gedirik.  Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələri, nəqliyyat və enerji sahəsində bütün Avrasiyada böyük dəyişikliklərə səbəb olan işlərdir.   Bunlar Bakıdan, Xəzər sahilindən başlayaraq, Türkiyə ərazisindən keçən və dünyaya açılan layihələrdir. Bunun son böyük nailiyyətlərindən biri də TANAP-dır. TANAP gündəmə  gəldiyi andan Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklər olub”, deyə Davudoğlu qeyd edib.Türkiyənin baş naziri rəsmi səfərinin ardınca, sentyabrın 20-də  TANAP borusunun Azərbaycan hissəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib: “Türkiyə ilə Azərbaycan arasında 20 il əvvəl, 90-cı illərin əvvəllərindən başlayaraq qurulan böyük dostluq əlaqəsinin nəticələrini görürük".Həyata keçirilən böyük layihələrə toxunan Davudoğlu  Türkiyə ilə Azərbaycanın uzaqgörən liderliyini əks etdirən mövqelərinin örnək təşkil etdiyini deyib.TANAP-ın eyni zamanda Xəzər dənizindən, Qafqazdan Türkiyəyə, oradan da Balkanlara uzanan bir sülh layihəsi olduğunu vurğulayan Davudoğlu, Türkiyənin 90-cı illərin əvvəllərində böyük etnik münaqişələrin baş verdiyi Balkanlar və Qafqazın, problemli görünən bu iki məkanın  birləşdirdiyini deyib. Davudoğlu bu baxımdan mərasimdə yalnız Azərbaycan prezidenti Əliyev və özünün olmayacağını, tədbirə Bolqarıstan prezidenti ilə Gürcüstan, Yunanıstan və Çernoqoriya baş nazirlərinin qatılacağını bildirib."Beləliklə, Qafqazdan Balkanlara bir sülh körpüsü quracağıq. Bu sülh körpüsünün mehvər ölkəsi də Türkiyədir.   O baxımdan, o mərasimdə etmək bizim üçün böyük bir şərəf olacaq. Həm ikitərəfli münasibətləri müzakirə edəcəyik, həm də dünyanın enerji bazarlarında geniş əks-səda doğuran bu böyük sülh layihəsinin reallaşmasının ilk addımını atmış olacağıq”, deyə Davudoğlu vurğulayıb.“Yəqin ki, mart ayında TANAP Türkiyədəki hissəsinin təməl qoyma mərasimini həyata keçirmək üçün işləri tamamlamış olacağıq”, deyə Davudoğlu əlavə edib.  ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol