• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq

Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq
20.05.2019 11:49
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi bu gün də davam etdirilir.
Anews.az xəbər verir ki, vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası Unibank üçün əsas prioritet məsələdir.
 
Fərmanın icrasına başlanıldığından bu günədək Unibank tərəfindən 87 mindən artıq müştəriyə 55 milyon manat kompensasiya ödənilib. Bütün filialların gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi, bu həftə kompensasiya ödənişlərini daha da sürətləndirəcək. Bankın bütün müştəri xidməti heyəti bu həftəni kompensasiya ödənişini həyata keçirməyə istiqamətləndirildiyindən, fiziki şəxslərin kredit müraciətlərinin qəbulu müvəqqəti olaraq bir həftəlik dayandırılır. Bu həm birbaşa filiallara kredit müraciətlərinə, həm də onlayn kredit sifarişlərinə aiddir. Müştərilərə digər bank məhsul və xidmətlərinin göstərilməsi və eyni zamanda hüquqi şəxslərin kreditləşməsi isə davam etdirilir.
 
İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
 
Cənab Prezidentin fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində çalışır. Həftənin şənbə, bazar günləri də bankın filialları da müştərilərə kompensasiya ödənişini həyata keçirir.
 
Kompensasiya hesablanmış bütün Unibank müştərilərinə bu haqda SMS-lər göndərilib. Unibank olaraq bütün filiallaırmızda kompensasiya almalı olan müştərilərin müraciətlərini gözləyirik.
 
Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol