• $
  • €
  • ₽
  • ₺
  • £

Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...

Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...
20.05.2019 16:30

Son 5 ildə Azərbaycana 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub və bu yağların əhaliyə kərə yağı altında satılması güman edilir, bunu  "Facebook" səhifəsində iqtisadçı ekspert Vahid Məhərrəmov bildirib. 

Ekspert bu qədər yağın kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib.

"Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır, çox güman ki, palma yağı kərə yağı adı altında istehlakçılara satılır" - deyə ekspert əlavə edir.

Məsələyə münasibət bildirən Qida Təhlükəsizlik Agentliyinin şöbə müdiri Mansur Piriyev bildirdi ki, Azərbaycana idxal olunan bütün qida məhsulları risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur və onların müvafiq qanunvericiliyə uyğun şəkildə yoxlanışı həyata keçirilir.

Mansur Piriyevin sözlərinə görə, palma yağı və tərkibində  palma yağı olan məhsullara da baxış keçirilir, əgər onlar standartlara uyğundurlarsa, idxalına icazə verilir.

"Palma yağları həm texniki vasitələr üçün, həm də məişətdə istifadə etmək üçün istehsal  olunur. Məişət üçün istehsal olunan palma yağlarının sağlamlığa zərər verməsi ilə bağlı heç bir elmi əsas yoxdur. Bu yağlardan istifadə etmək uyğundur. Amma söhbət texniki vasitələr üçün nəzərdə tutulan palma yağlarından gedirsə, təbii ki, bunların məişətdə istifadəsi yolverilməzdir” – deyə Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, hətta məişət üçün nəzərdə tutulan palma yağı da 200 dərəcə istilikdə qızdırıldıqdan sonra insan orqanizminə ziyanlı olur.

Agentlik rəsmisi bildirib ki, bütün bunlara baxmayaraq, əgər kimsə palma yağlarının tərkibi ilə bağlı hər hansı bir narahatlıq keçirərsə, agentliyin qaynar xətti var, ora müraciət etsin, hardan alması ilə bağlı məlumat versin və bir daha həmin məhsul labarator müayinəyə cəlb olunsun, nəticələrə uyğun olaraq həmin vətəndaşa məlumat veriləcək.
 
Həzi

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol