• $
  • €
  • ₽
  • ₺
  • £

5 yaşlı uşaq “Youtube” kanalı ilə necə milyonçu oldu

5 yaşlı uşaq “Youtube” kanalı ilə necə milyonçu oldu
23.07.2019 22:38
İnternetin köməyi ilə böyük pullar qazananlar var. "Youtube” portalında çəkdiyin videoları yerləşdirməklə milyonçu olmaq mümkündür. Hətta uşaqlar üçün də belə imkanlar yaranıb.
Bizimyol.info xəbər verir ki, rus Anastasiya Radzinskaya "Youtube” videolarının sayəsində milyonçu olub. Onun "Like Nastya” kanalındakı videolarına indiyə qədər 13 milyarda yaxın baxış qeydə alınıb.
Nastyanın cəmi 5 yaşı var. Rusiyanın Krasnodar şəhərində doğulub. Günlərin birində valideynləri onun üçün "Youtube” kanalı açmaq qərarına gəlib. Üç il əvvəlki ideya böyük uğur gətirib. Nastyanın 700 milyon baxışı keçən videosu var.
Uşaq videolarda oyuncaqlar, müxtəlif oyunlar haqda danışır, atası ilə səhnəciklər yaradır. Abunəçilərin sayı 29 milyon nəfəri keçib.
Anastasiyanın anası Anna 2016-cı ilin yanvarında kanalı açanda pis qazanmadığını deyir. Xanım Radzinskayanın Krasnodarda gözəllik salonu vardı, hər ay təxminən 300 milyon rubl (5 min dollar) gəlir götürürdü. Amma "Like Nastya” kanalı onların həyatını tam dəyişib. Nastyanın aylıq qazancı 80 min dolları ötür. Ailə il ərzində gəlirini 1 milyon dollara çatdırır.
Nastyanın videoları başqa ölkədə daha çox gəlir gətirərdi. "Youtube” rus dili seqmentinə böyük pul ayırmır. Uşaq atası ilə videoları məhz ana dildə çəkir. İngilis və ya ispan dili daha sərfəli hesab edilir.
Qərbdə Anastasiyadan da çox qazanan uşaqlar var. Məsələn, "Ryan Toys Review” kanalı Rayan adlı 7 yaşlı uşağa 22 milyon dollar gətirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol