• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda yeni cərimələr tətbiq olunacaq
24.07.2019 10:08
Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.


Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.


Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:


"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək - noyabrın 1-dək fəaliyyətə başlayacaq".


M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: "Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib".


Xatırladaq ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol