• $
  • €
  • ₽
  • ₺
  • £

ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi

ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi
31.07.2019 18:38

 
 
Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib. Ölkəmizi bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.

İclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında "Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”, - deyib.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.

Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir. Ticarətin ən böyük sülh və rifah qaynağı olduğuna diqqət çəkən Hisarcıklıoğlu, "Biz də öncə, ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də  yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır”, deyib. 
 
ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verib: "Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.
 
Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə  Adem Kula seçilib.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol