• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının sosial layihəsi beynəlxalq mükafat qazandı

Azərbaycan Beynəlxalq Bankının sosial layihəsi  beynəlxalq mükafat qazandı
02.08.2019 12:28

Azərbaycan Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi "Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi "International CSR Excellence Award” mükafatına layiq görülüb. Mərkəzi ofisi Londonda yerləşən təşkilati komitə mükafatı banka təqdim edib.

"International CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini dəstəkləmək, onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə ictimai fayda verməyə ruhlandırmaqdır. "International CSR Excellence Award” haqqında daha ətraflı: https://csrawards.co.uk

Bu il "International CSR Excellence Award” mükafatlarını qazananlar sırasında Böyük Britaniyanın aparıcı energetika şirkətlərindən "Northern Gas Networks”, "British Gas”, xidmət sektorunda fəaliyyət göstərən "Morgan Sindall”, "McGee” şirkəti, Səudiyyə Ərəbistanının SAUDI ARAMCO şirkəti, İsveçrənin "IWC SCHAFFHAUSEN” kompaniyası və s. bu kimi tanınmış qurumlar var. Ötən illərdə bu yüksək mükafat "Coca-cola”, "Shell”, "Warner Bros”, "Türkcell” kimi şirkətlərə də verilib.

Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində korporativ sosial məsuliyyət layihələri mühüm yer tutur. Bank son illər cəmiyyətdə maliyyə savadlılığının artırılması, tarixi-mədəni dəyərlərimizin təbliği, gənclərin fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının dəstəklənməsi və s. bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial məsuliyyət layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.

"Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan dilində bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar www.kitabidinle.az portalında yerləşdirilib. Kitabları bu portaldan yükləmək, yaxud  onlayn qaydada dinləmək olar.

Xatırladaq ki, "Kitabı dinlə” layihəsi bu il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin də qaliblərindən olub. Layihə "Təhsildə inklüzivliyin təmin edilməsi” nominasiyası üzrə ilin layihəsi seçilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol