• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sabiq Baş prokuroru pensiyasının artırılmasını tələb edir

Azərbaycanın sabiq Baş prokuroru pensiyasının artırılmasını tələb edir
30.08.2019 23:49
Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərov bir ilə yaxındır ki, pensiyasının artırılması üçün məhkəmələrdə çəkişir.


Bu ilin əvvəlində bu məsələyə baxıb, Ə.Ömərovun əleyhinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də yenidən bu işi araşdıracaq. Çünki Ali Məhkəmə onun çıxardığı qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün apellyasiya instansiyasına qaytarıb.


Anews.az  bizimyol.info-ya istinadən xəbər verir ki, Ə.Ömərov pensiyasının yenidən hesablanmasını istəyir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsini məhkəməyə verib. İddia ərizəsində də məhkəmədən xahişi bu olub ki, qarşı tərəfin üzərinə onun pensiyasını yenidən hesablayıb, indiyədək arada olan məbləğ fərqini ödəmək öhdəliyi qoyulsun.


1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Qarşı tərəf qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Bu dəfə qərardan Ə.Ömərov narazı qalıb və Ali Məhkəməyə üz tutub. İyun ayında Ali Məhkəmə sabiq Baş prokurorun kassasiya şikayətinə baxaraq təmin edib – apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol