• $
  • €
  • ₽
  • ₺
  • £

Bu aydan maaşlardan nə qədər vergi tutulacaq? - AÇIQLAMA

Bu aydan maaşlardan nə qədər vergi tutulacaq? - AÇIQLAMA
26.09.2019 11:27
Bu aydan ölkəmizdə minimum əmək haqqı 250 manata çatdırılsa da həmin məbləğ minimum olsa da, belə gəlir vergisinə cəlb olunmaqdadır.

Anews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur.

Qanunvericiliyə əsasən, həmin əmək haqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur.

Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olur.

Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır.

"Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır.


Onsuz da minimum əmək haqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var.

Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı.

Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib.

Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var.

Bu minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əmək haqqı almasına səbəb olar”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol