• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital bank “ağıllı” kassaları istifadəyə verdi!

Kapital bank “ağıllı” kassaları istifadəyə verdi!
29.05.2020 04:19
Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verdi. Cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.
 
Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil "ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.
 
Kapital Bank tərəfdən təklif olunan bu cihazların daha bir əhəmiyyətli üstünlüyü isə onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.
 
Yuxarıda qeyd edilənlərlə yanaşı müştərilərimiz üçün növbəti mərhələdə əhəmiyyətli yeniliklərdən biri, bu cihazların Vergilər Nazirliyinin informasiya sisteminə qoşulmasıdır. Gələcəkdə, Vergilər Nazirliyinin sistemi üzərindən nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cash back məbləğini real rejimdə əldə etmək imkanı yaradılacaq. Kassa aparatı və sözügedən sistem arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçirilərək məhsulun QR (sürətli məlumat) kodu çap olunacaq. Bu kod əsasında isə müştəri cashback məbləğini əldə edə biləcəkdir.
 
Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar isitənilən Kapital Bank filialına müraciət etməli və fəaliyyətləri barədə müvafiq məlumatları təqdim etməlidirlər. Terminallar bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi müxtəlif  xidmət və məhsul "paketlər”inə qoşulmuş, həmçinin bankın müştərisi olmasa belə müəyyən ticarət dövriyyəsinə sahib müştərilər və taksit layihəsi üzrə müəyyən tələblərə cavab verən partnyorlara tam pulsuz təklif olunur. Daha ətraflı məlumat üçün filiallarla yanaşı, 196 – Məlumat Mərkəzinə, www.kapitalbank.az və ya www.birkart.az saytına, (+99450) 255-01-96 qaynar xəttinə və ya müştəri menecerlərinə müraciət etmək kifayətdir.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol