• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Aİ-92 markalı benzinlə bağlı qərar verdi

SOCAR Aİ-92 markalı benzinlə bağlı qərar verdi
04.10.2019 17:06
Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.

Anews.az xəbər verir ki, bu barədə "APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.

"Lakin ötən ilin təcrübəsi göstərir ki, nəzərdə tutulan həcmlərin idxalına ehtiyac olmayıb. Ona görə də ehtimal var ki, planlaşdırılan rəqəmdən az benzin idxal olunacaq”, - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, ölkəyə benzinin idxalı qısamüddətli olduğu üçün daxili bazarda sözügedən yanacağın qiymətinə heç vaxt təsir göstərməyib və bu dəfə də təsir etməyəcək.BNEZ planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə oktyabrın 4-dən işini dayandırıb. Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol