• $
  • €
  • ₽
  • ₺
  • £

20 min avropalı “Facebook”u məhkəməyə verdi

20 min avropalı “Facebook”u məhkəməyə verdi
28.05.2020 21:49

İyirmi min Avropa sakini “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, dörd gün ərzində iddia müəllifi avstriyalı Maks Şrems öz ətrafında 20 min həmfikirini toplamağa nail olub.

O, ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin fərdi məlumatlarının mühafizəsi haqqında qanunları pozmaqda ittiham edir. Məhkəmə iddiasında həmçinin qeyd olunur ki, şəbəkə istifadəçiləri gizlicə öyrənir, eləcə də onların internetdə hansı saytlara daxil olmasını izləyir. İddiaçının fikrincə, bu məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinə “PRISM” proqramı çərçivəsində ötürülə bilər.

Qaldırılan iddia “Facebook”dan məhkəmə yolu ilə böyük məbləğdə kompensasiyanın alınması məqsədini güdmür və şirkəti xüsusi xidmət orqanları üçün fərdi məlumatlara çıxış qaydalarına yenidən baxmağa və informasiya mühafizəsi haqqında Avropa qanunlarına uyğun öz siyasətini dəyişməyə sövq etməyə yönəlib. Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarsa, on minlərlə iddiaçının hər biri 500 avro məbləğində kompensasiya alacaq ki, bunun da 20 faizini hüquqi xərclər təşkil edəcək. M.Şremsin özü isə iddianın nəticələrinə əsasən kompensasiya almayacaq.

Həmçinin məhkəmə iddialarını qanuni hesab etsə, “Facebook” onlara ümumilikdə 1,25 milyon avro ödəməli olacaq. Digər tərəfdən, sosial şəbəkə hüquqşünasları Avropada istifadəçilərin fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni yoluna qoymalıdırlar, - “Hi-Tech News” www.hi-news.ru yazır. 

İCT

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol