• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızılın bahalaşması gözlənilir - PROQNOZ

Azərbaycanda qızılın bahalaşması gözlənilir - PROQNOZ
21.10.2019 14:16
Toy mövsümünün başlaması ilə bağlı noyabrda qızılın qiymətində artımlar müşahidə olunacaq.
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov qızılın qiyməti ilə bağlı gözlənilən proqnozları şərh edərkən deyib.
O, bildirib ki qızılın qiyməti daha çox dünya bazarındakı qiymətə uyğun olaraq müəyyənləşir:

"Ölkəmiz əsəsən dörd ölkədən - Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan qızıl idxal edir. Həmin ölkələrdə də qiymət dünya bazarındakı qızılın qiymətinə uyğun olaraq müəyyənləşir. Son bir ildə dünya bazarında qızılın qiymətində 22 faiz artım olub. Bu, son illərin rekord göstəricisidir. Artım qlobal ticarət savaşı ilə bağlıdır. Son altı ayda qızılın qiymətində 17 faiz artım, son bir ayda isə 2,3 faiz azalma müşahidə olunub. Bu da birbaşa həm qızılın qiymətində əvvəlki dövrlərdəki kəskin artım və bundan ehtiyatlanan investorların bir qisminin qızıl bazarındakı sərmayəsini geri çəkməsi, həm ABŞ ilə Çin arasındakı münasibətlərin müəyyən qədər normallaşması, həm də ABŞ-ın Avropa Birliyinə tətbiq edəcəyi yüksək tariflərin yubanması ilə bağlıdır. Bütün baş verənlər birbaşa qızıl bazarına təsir edir.

Hazırda dünya bazarında qızılın bir unsiyası 1490 dollardır. Bu o deməkdir ki, dünya bazarında bir qram qızıl almaq üçün 48 dollar ödəmək lazımdır.
Noyabr və dekabr aylarında dünya bazarında qızılın qiyməti ticarət savaşından və ABŞ-ın Avropa Birliyinə yeni tariflər tətbiq edib-etməyəcəyindən asılı olacaq. Amma ilkin proqnozlara görə, qızılın qiyməti stabilləşəcək. Çünki son bir ildə kəskin artımlar müşahidə edilib.
Noyabr ayından sonra toy mövsümünün başlandığını nəzərə alsaq, Azərbaycan daxilində qızıla tələb artacaq. Tələbin çoxalması fonunda daxili bazarda qızılın qiymətində artımlar olacaq. Amma ciddi artımlar proqnozlaşdırılmır. 
Dekabr ayında isə dünya bazarındakı stabilliyə uyğun olaraq, Azərbaycanda da qiymətlərdə stabillik müşahidə ediləcək. Bütövlükdə, ilin sonuna kimi noyabrda artım, dekabr da isə stabilləşmənin olacağı proqnozlaşdırılır.

Güman olunur ki, növbəti son iki ayda dünya bazarında bir unsiya qızılın qiyməti 1500 dollar ətrafında dəyişəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol