• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank fərqli konsepsiyalı Ticarət filialını təqdim etdi

Kapital Bank fərqli konsepsiyalı Ticarət filialını təqdim etdi
29.10.2019 12:04
Kapital Bank kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu yeniliklərə dəstək fonunda yeni konsepsiyalı Ticarət filialını istifadəyə verildi. Filial, sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir.
 
Artıq sahibkarlar, təqdim edilən məhsullardan və xidmətlərdən yararlanmaq, bank ehtiyaclarını qarşılamaq üçün paytaxt mərkəzinə və digər ərazilərdə yerləşən bank filiallarına getməli olmayacaqlar. Ticarət filialında sahibkarlar keyfiyyətli xidmət müqabilində bütün ölkədaxili və ölkəxarici pul köçürmələri, cari hesabları üzrə mədaxil və məxaric əməliyyatları, əməkdaşlarına əmək haqlarının verilməsi, valyuta mübadiləsi, biznes və sahibkar kartlarının alınması, əmanətlərin qoyulması və digər ənənəvi bank məhsullarından yararalana biləcəklər. Bununla yanaşı maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər, kredit, kredit xəttləri və bu kimi digər məhsullar təqdim ediləcəkdir.
 
"Kiçik və orta sahibkarlar üçün başladığımız "İşinizin bir parçasıyıq” adlı layihənin əsas istiqamətlərindən və məqsədlərindən biri sahibkarların bank xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə bir neçə filialın konsepsiyası korporativ istiqamətdə dəyişdirilib, yeni konsepsiyaya uyğun filial və şöbələr müştərilərin ixtiyarına verilib. Bir neçə gün öncə açılan Lökbatan şöbəsi və Ticarət filialı sözügedən tədbirlərin davamı kimi qiymətləndirilir. Ticarət filialının müştərisi olan sahibkarlar, bank xidmətlərindən istifadə etdikləri zaman bütün suallar, yeni sifariş və təklifləri üzrə günün istənilən saatında fərdi müştəri menecerinə müraciət edə bilərlər”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
 
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ticarət filialı  Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 8-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 6 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın "Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol