• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's “Bank Respublika”nın reytinq üzrə proqnozunu “Pozitiv”ə yüksəldib

Moody's “Bank Respublika”nın reytinq üzrə proqnozunu “Pozitiv”ə yüksəldib
30.10.2019 12:06
Moody's beynəlxalq reytinq agentliyi "Bank Respublika”nın reytinqi üzrə proqnozunu "stabil" dən "pozitiv" ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.

Moody's analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.

"Moody's agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi, Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.

Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə davam edəcəyik”, deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol